Ağustos 16, 2025
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülmüşdür.
Türk-Alman Dostluq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Bavariya Federal Torpağının parlamentində mükafatın təqdim edilməsi ilə bağlı mərasim keçirilmişdir.
Türk-Alman Dostluq Federasiyası tərəfindən təsis olunmuş və qədim yunan ilahələrindən Kübelenin adını daşıyan bu mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görülmüşlər.
Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq Prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Qünter Bexştayn və başqaları olmuşlar.
Yazının devamını okumak için: Xalqqazeti.com